Site icon Aznews TV

Hakan Fidan Blinkenlə Rusiyadan danışdı

Bu barədə TRT kanalı məlumat yayıb.

Bildirilir ki, telefon danışığı zamanı Rusiyadakı hadisələr və regional məsələlər müzakirə olunub.

Qeyd edək ki, “Vaqner” muzdluları Rusiyada hərbi qiyam qaldırıb.

Prezident Vladimir Putin xalqa müraciəti zamanı “Vaqner” rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib.

“Vaqner” döyüşçüləri gün ərzində Rostov və Voronej şəhərlərini, eləcə də Lipetsk vilayətini ələ keçirib.

Exit mobile version