Cəmiyyətİran

Hava çirkliliyi davam edir: Təbriz və Tehran da daxil olmaqla bəzi şəhərlərdə məktəblər tətilə çıxdı

Ölkənin bəzi şəhərlərində havanın çirklənməsi davam etdiyi üçün Tehranda mədrəsələr bağlanılıb.

Bu barədə Tehran ustandarı Ənuşirəvan Mohseni məlumat verib. O bildirib ki, havanın çirkliliyi səbəbindən məktəbəqədər təhsil müəssisələri, məktəblər dekabrın 23-dən həftənin sonuna kimi bağlı olacaq.

O deyib ki, indiki məhdudiyətlərlə yanaşı, Qəzaiyə Quvvəsinin nümayəndəsi tərəfindən başqa məhdudiyətlərin də elan ediləcəyi gözlənilir.

Eyni səbəbdən dolayı Əlborz, Təbriz və Urmuda da məktəblərdə tətil elan edilib.

Qərbi Azərbaycan Təhsil İdarəsinin bildirdiyinə görə, Urmu, Ənzəl, Nazlı, Bəradustun Suma və Silvana bölgələrində bütün mədrəsələr, elmi və xarici dil kursları 23 dekabrdan bağlı olacaq.

Şərqi Azərbaycanda, Hava Çirkliliyinin Azaldılması üzrə İztirari İşçi Qrupun qərarl ilə Təbriz, Sərdərud və Basmənc şəhərlərində bütün məktəblərdə tətil olacaq.

Related Articles

Bir cavab yazın

Back to top button