İranSiyasət

Hesabat: Xameneyinin ailəsi və qohumları İran Mediası üzərində mülkiyyət və nəzarəti ələ keçirib

Aznews.tv “Amerikanın Səsi”nə istinadən xəbər verir ki, Vaşinqtonda yerləşən “Doublethink” İnstitutu adlı müstəqil bir beyin mərkəzinin bu həftə açıqladığı araşdırmaya görə, İslam Respublikasının dini rəhbəri Ayətullah Əli Xameneyinin ailə üzvləri İran qəzetlərinə, nəşriyyatlara, xəbər agentliklərinə və böyük mədəniyyət qurumlarına sahibdir və ya onları nəzarətdə saxlayır.

DoubleTink İnstitutu, Xameneyi ailəsi üzvlərinin nəzarət dairəsinə Həmşəhri, İran, Cam-e Cəm, ingilis dilində buraxılan Tehran Times qəzeti kimi böyük KİV-i və eləcə də Mehr xəbər agentliyinin də daxil olduğunu müəyyən edib.

DoubleTink İnstitutu tərəfindən hazırlanan Xameneyi ailəsinin nəzarətinə aid məlumat bazası, aşağıdakı nəzarətçi əlaqələri aşkarlayıb:

Məryəm Hüseyni Xameneyi

“Həyat-e No” Mədəni-incəsənət İnstitutu

Seyid Hadi Hüseyni Xameneyi

“Həyat-e No” Mədəni-incəsənət İnstitutu

Seyid Muhəmmədhüseyn Hüseyni Xameneyi

“Həyat-e No” Mədəni-incəsənət İnstitutu

Seyid Monire Hüseyni Xameneyi

Pak Virtual Məkan Dərnəyi (FMP)

Məhəmməd Səid Əhdian

Xorasan İncəsənət- Mədəniyyət İnstitutu

Xorasan Nəşriyyatı

Məhəmməd Hüseyn Xoşvəqt

“Fəraru” saytı

“İran” Mədəni Mətbuat İnstitutu

“Nəşravəran” Mədəni Mətbuat İnstitutu

Hüseyn Xocəste Baqerzade

“Suruş” Nəşriyyatı

“Farabi” kino fondu

Kumeyl Xocəste Baqerzade
Tebyan Nur Mədəniyyət-İncəsənət İnstitutu

İslam İnqilabı Tədqiqat və Dialoq İnstitutu

Lider.ir veb saytı

Xamenei.ir veb saytı

Seyid Muhəmmədhüseyn Hüseyni Xameneyi

Mədəni məkanın inkişafı Mərkəzi

Faridoddin Həddad Adel

“Tehran Times” qəzeti

“Cam-e Cəm” qəzeti

Mehr Xəbər Agentliyi

“Omidqostər” xəbərlər saytı

Mohsen Çinifuruşan

“Həmşəhri” qəzeti

“Peyam-e Həmşəhri” qəzeti

DoubleTink İnstitutunun məlumatına görə, Xameneyi ailəsinin üzvləri habelə “Avini” Mədəniyyət-İncəsənət İnstitutunda və Farabi Kino fondunda da rəhbər vəzifələr tuturlar və bu qurumların hər ikisi film istehsalı sahəsində fəaliyyət göstərir.

Məlumata əsasən, eyni zamanda bu ailənin üzvləri Medianın monitorinqi və senzurasına cavabdeh iki nəzarət orqanında yüksək siyasi vəzifələrə sahibdir.

DoubleTink İnstitutu tərəfindən hazırlanan hesabatda göstərilir ki, Xameneyi ailəsi Suruş, Hermes və “Nəşriyyat Ofisi” də daxil olmaqla böyük nəşriyyat şirkətləri vasitəsi ilə kitab bazarına da nəzarət edir. Hesabatda deyilir: “Nəzarət orqanları və nəşriyyatçılar üzərində bu dominantlıq faktiki olaraq Xameneyi ailəsinə nəşriyyat sahəsində inhisarçılıq mövqeyi verib”.

Jurnalist və DoubleTink İnstitutunun direktoru Kelly Qolnuş Niknejad “Amerikanın Səsi” radiosuna açıqlamasında deyib: “İran xalqı hamıdan çox ölkəsinə qarşı sanksiyalarından əziyyət çəkir. Sanksiyalar ləğv edildikdə, onlar İranda əldə olunan sərvətlərdən potensial olaraq faydalanmalıdır, ancaq hazırkı vəziyyətdə, ölkədə korrupsiyanın səviyyəsinin yüksək olduğuna görə, yalnız müəyyən ailələrin seçilmiş bir qrupu beynəlxalq ticarətdən faydalanır”.

Hesabatı yayan İnstitutun direktoru əlavə edib: “Biz İranda baş verənləri daha çox şəffaflaşdırmaq məqsədilə ölkənin iqtisadi quruluşunu xəritələşdirməyə çalışırıq. Araşdırmalarımız göstərir ki, rüşvətxorluq, qohumbazlıq, maraqların toqquşması və gizli fəaliyyətlər sonda İranın iqtisadi tərəqqisini dayandıracaq. Ümid edirik ki, sanksiyaların ləğvi ilə ölkədə daha şəffaf bir təşkilati struktur qurulacaq ki, bütün İran xalqı bu sərvətdən istifadə edə bilsin”.

 

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button