İran

Zənganda yaşlı əhalinin sosial təminatı ilə bağlı işlər görülür

Z“Zəngan əyalətində yaşlı əhalinin yüzdə 10-u heç bir qurum tərəfindən təmin olunmur. Onlar ən həssas qruplardan hesab olunurlar”. Məsələ ilə bağlı Zəngan Əyaləti Ustandarisinin İctimai və Fərhəngi İşlər Baş İdarəsinin müdiri Məsihulla Sultani açıqlama verib. O, bildirib ki, Qayğı və Fərhəngi Komitə tərəfindən lazımi işlər görüləcək. Koronavirusla Mübarizə Sitadının toplantısında iştirak edən Sultani bildirib: “Bu yöndə Təmin və Cəzb, Ümumi öyrətim, Qayğı və Fərhəngi Nəzarət, Himayə və Qərəntinə komitələri təşkil olunub. Qayğı və Fərhəngi Nəzarət Komitəsi indiyə kimi toplantı keçirməyib. Qalan komitələr isə ümumilikdə 12 toplantı keçirib və 60 qərar qəbul edilib”. Sultaninin sözlərinə görə, koronavirusa tutulma riski olan yaşlıların bəlli edilməsi, onlara sağlıq və müalicə xidmətlərinin göstərilməsi, ehtiyacları olan davaların təmini ilə bağlı işlər görülüb. 21 icra idarəsinə bəlli səlahiyyətlər verilib. Həmin idarələr tərəfindən 60 yaşından yuxarı məvacib alan yaşlıların sağlamlıqları yoxlanılıb. Bu şəxlər anfulanza vaksini ilə təmin olunublar. Məsihulla Sultanı vurğulayıb ki, əhalinin yüzdə 10-nu yaşlılar təşkil edir. Koronavirusa tutulma sayının yüzdə 85-i bu təbəqənin payına düşür.

Related Articles

Bir cavab yazın

Back to top button