Dünya

ABŞ-ın yeni administrasiyası sələflərinin bəyəndiyi təşəbbüsü açıqladı

ABŞ-dakı prezident seçkilərinin qalibi Cozef Bayden sələfi Donald Tramp administrasiyasının xarici siyasətində yalnız İsrail ilə ərəb ölkələri arasındakı “Abraham sazışləri” (Abraham Accords) və İsrail – Fələstin münaqişəsinin həlli ilə bağlı təşəbbüsləri davam etdirmək niyyətindədir.

Bu barədə yeni prezident komandasının bir üzvü deyib: “Yəqin ki, Trampın xarici siyasət təşəbbüsləri arasında Bayden yalnız bunlar barədə müsbət fikir bildirib”.

Mənbələrin verdiyi məlumata görə, İsrail ilə Fələstin arasında yeni sazişləri imzalatmaqla Təl-Əvivi “iki millətin iki dövləti” prinsipinə yönəltmək üçün istifadə oluna bilər. Hərçənd Bayden komandasının qənaətincə, İsrail – Fələstin münaqişəsinin hərtərəfli həlli üçün şərtlər tam olaraq yetişməyib.

“Abraham sazişləri”nə gəlincə, Səudiyyə Ərəbistanının Bayden administrasiyası dövründə insan hüquqları məsələsində “başağrı”ların qarşısını almaq üçün İsrail ilə münasibətlərini yoluna qoymaq üçün addımlar ata biləcəyi bildirilir.

Related Articles

Bir cavab yazın

Back to top button