Site icon Aznews TV

Hikmət Hacıyev Britaniyanın dövlət naziri və təhlükəsizlik müşaviri ilə görüşüb

Bu barədə Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov “X”də paylaşım edib.

Bildirilib ki, görüşdə Azərbaycan-Böyük Britaniya ikitərəfli əməkdaşlığının dərinləşdirilməsinə diqqət çəkən görüş keçirilib.

Bundan əlavə, Hikmət Hacıyev Böyük Britaniyanın Milli Təhlükəsizlik müşaviri Conatan Pauell ilə də görüşüb.

“Görüşdə güclü Azərbaycan-Böyük Britaniya ikitərəfli tərəfdaşlığı və regional inkişaflar haqqında çox səmərəli müzakirə aparılıb”, – məlumatda bildirilib.

Exit mobile version