Dünya

Hizbullah komandiri İsrail dronundan canını bu cür qurtardı

İsrail pilotsuz uçuş aparatlarının Suriya-Livan sərhədində əsas hədəfi Hizbullahın “Həcc İmad” ləqəbiylə tanınan səhra komandiri olub.

Bu məlumatı “Qüds əl Ərəbi” qəzeti yayıb.

Məlumata görə, dünən İsrail PUA-larının hücum etdiyi avtomobildə 4 Hizbullah üzvü olub. PUA onlara iki raket atıb. Raketlərdən birincisi hədəfi vura bilmədiyi üçün ikinci dəfə atəş açılıb, bu dəfə isə Hizbullah üzvləri avtomobili tərk edərək, sağ qalmağı bacarıblar.

Qeyd edək ki, bir müddət əvvəl Livanın cənubunda Hizbullahın əks-kəşfiyyatının rəhbəri Məhəmməd Əli Yunis öldürülmüşdü.

Related Articles

Bir cavab yazın

Back to top button