Site icon Aznews TV

“Hizbullah” oktyabrın 1-dən bu yana 90 İsrail əsgərinin məhv edildiyini açıqlayıb

ANT xəbər verir ki, bu barədə təşkilatın “Telegram” kanalında yerləşdirilmiş məlumatda bildirilir.

Məlumata görə oktyabrın 1-dən bu yana qarşıdurmalar zamanı İsrail ordusu 90-dan çox canlı qüvvə itirib, 750 nəfər isə yaralanıb.

Bundan başqa əməliyyatlar zamanı 38 Merkava tankı, 4 buldozer, 4 zirehli texnika və zirehli transportyor idarə olunan raketlərlə vurulub, 3 Hermez 450 və 1 Hermez 900 pilotsuz təyyarəsi vurulub.

Exit mobile version