Cəmiyyətİran

Hökümət rəsmisi: İranda 86 min tikinti layihəsi yarımçıq qalıb

Aznews.tv “İranintl” saytına istinadən xəbər verir ki, İranda “86 min yarımçıq tikinti layihəsinin olduğunu” bildirən Planlaşdırma və Büdcə Təşkilatının rəisi Məhəmmədbaqir Nobəxt deyib: “hökümət maliyyə resurslarının çatışmazlığı səbəbindən sözügedən tikinti layihələrinin əsas hissəsinə hətta gələn il də vəsait ayıra bilməyəcək”.

Həsən Ruhaninin müavini və Büdcə Təşkilatının rəisi qeyd edib: “Bizim maliyyə resurslarımız layihələrin icrası üçün məhduddur, buna görə də bizim prioritetimiz 2020-cı ildə başa çatdırıla bilən bütün layihələri tamamlamaqdır”.

Əhvaz şəhərində çıxışı zamanı İranın neft satışından əldə etdiyi gəlirlərin kəskin azaldığını və buna görə büdcə gəlirlərinin 138 trilyon tümən kəsrlə üzləşdiyini bildirən Nobəxt deyib: “Mövcud vəziyyət elədir ki, ölkəni qanlı ürəklə və təbəssümlə idarə etməliyik”.

O həmin gün qeyd edib: “Büdcənin istehlak səbədi Ali İqtisadi Koordinasiya Şurası tərəfindən 448 trilyon tüməndən 386 trilyon tümənə endirilib, bununla belə, ölkənin maliyyə resursları 310 trilyon tüməndən çox deyil, hətta “büdcə xərclərinə 62 trilyon tümən qənaət edilməsinə baxmayaraq, hələ də ölkə büdcəsinin bu hissəsinə 76 trilyon tümən əlavə vəsait daxil etməliyik”.

 

Aznews.tv

Tags
Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close