Dünya

Hollandiyanın Baş naziri üzr istədi

Hollandiyanın Baş naziri Mark Rutte Holokost soyqırımından sağ qalanlardan və ölənlərin ailələrindən üzr istəyib.

“Associated Press”in məlumatına görə, Mark Rutte Amsterdamdakı “Auschwitz” ölüm məntəqəsinin azad edilməsinin 75 illiyi ilə əlaqədar keçirilən mərasimdə hakimiyyət orqanlarının yüz minlərlə yəhudinin deportasiya edilməsi və öldürülməsinin qarşısını ala bilmədiyi üçün üzrxahlığını bildirib.

Rutte müqavimət döyüşçülərinə, yəhudiləri faşist qoşunlarından gizlətməyə kömək edən vətəndaşlara və yəhudilərə dəstək vermək üçün etiraz edən işçilərə təşəkkür etsə də, bunların kifayət etmədiyini söyləyib:

“Çox az qorunma oldu, çox az kömək edildi. Son sağ qalanlar indi aramızdadır. Bu gün mən, o vaxtkı hakimiyyətin etdiklərinə görə üzr istəyirəm”.

Holokostdan xilas olan Zoni Weiss, Hollandiya mediasına çox monqəlib edici bir an olduğunu bildirərək “Bu an gözəl idi. Təəssüf ki, üzr istəmək 75 il sonra gərçəkləşdi”, – deyib.

Qeyd edək ki, Hollandiya 2-ci Dünya Müharibəsi zamanı Faşist Almaniyası tərəfindən işğal edilmişdi.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close