İdmanİran

Huk: SEPAH-dan çox heç kim xalqın asayişini pozmur

Xamenei İran xalqını quldur adlandırdı,əslində, rejim özünü qiymətləndirib.

Bu sözləri ABŞ Xarici İşlər Nazirliyinin İran üzrə nümayəndəsi Brayn Huk İslam Respublikası rejiminin “korrupsiya və insan haqlarının pozulması”na qarşı xalq etirazlarından danışarkən deyib. O, bir daha ABŞ-ın İran xalqını dəstəklədiyini vurğulayıb.

“İslam Respublikasının, xüsusilə, SEPAH-ın xalqa qarşı zorakılığını şiddətlə pisləyirik. Xamenei İran xalqını quldur adlandıraraq, əslində, özünü qiymətləndirib, rejimə etiraz olaraq səslərini ucaldan cəsarətli iranlıları yox. SEPAH açıqlama yayaraq xalqın təhlükəsizliyini və asayişini pozanları cəzalandıracağı ilə təhdid edib. Gülməlidir ki, SEPAH-dan çox heç kim xalqın təhlükəsizliyini və asayişini pozmur. ABŞ İran xalqının əsas haqlarını qazanmaq üçün səylərini, onların “fəsadçı dini mafiya”ya qarşı mübarizəsini dəstəkləyir”.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close