Dünyaİran

“Human Rights Vatch”: İranda təzyiqlər artıb

İnsan Haqları Təşkilatı illik hesabatında 100 ölkədə insan haqlarının ümumi vəziyyətinə toxunub.

Təşkilat yaydığı 652 səhifəlik hesabatının bir hissəsində İrandakı insan haqlarının vəziyyətindən xüsusi olaraq yazıb: Bildirilib ki, İran tərəfindən ümumi etirazların yatırılması kəskinləşib.

Zəif iqtisadi vəziyyət və dövlətin korrupsiyaya batması ölkədə siyasi, ictimai azadlıqların olmaması ilə yanaşı, İrandakı son ümumi etirazların baş verməsinə səbəb olub.

“İran rəhbərləri, korrupsiya və zalım hökmranlığa qarşı geniş narazılığa öz hakimiyyətini təhdid etməməsi üçün bütün daxili müxalifləri susdurmaq və yatırmaqla cavab veriblər. Etirazçılara qarşı ölümcül gücdən istifadə edilməsi, hakimiyyətin zəifləyən iqtisadi vəziyyətin İran vətəndaşlarına təsirinə tamamilə etinasızlığını göstərir”, – Human Rights Vatch təşkilatının Orta Şərq bölməsinin müavini Maykl Peyc deyib.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close