
Mayın 1-də dövlət xəbər agentliyi İrna təhlükəsizlik kəşfiyyatının rəsmisinə istinadən “Hüseynçilər” qruplaşma iki liderinin həbsini təkzib edib, lakin bu şəxslərin “müşahidə altında” olduğunu yazıb.
Aprelin 27-də parlament üzvü Əhməd Nadiri İranda “Hüseynçilərin”rəhbərləri Orxan Məhəmmədov və Tövhid İbrahim Bəylinin həbsini təsdiqləyib və tənqid edib.
Hüseynçilər qruplaşması bu ölkənin hökumətinə qarşı fəallıq göstərən və İslam Respublikasının himayəsində olan bir qrup Azərbaycan Respublikası vətəndaşı daxildir.
İrna, kimliyi açıqlanmayan bir təhlükəsizlik rəsmisinə istinadla yazıb ki, Orxan Məhəmmədov və Tövhid İbrahim Bəyli-yə qarşı ittihamlar irəli sürülüb, bu ittihamların araşdırılması daha çox araşdırma tələb edir və bu səbəbdən adıçəkilən şəxslər bu məsələlərin araşdırılması üçün nəzarət altındadırlar.
Sosial şəbəkələrdə Azərbaycan Respublikası hökumətinin tələbi ilə həmin şəxslərə məhdudiyyətlərin qoyulması ilə bağlı fikirlər səslənirdi.
Tehranın parlamentdəki nümayəndəsi Əhməd Nadiri öz Tvwitter hesabında bu şəxslərin həbsi ilə bağlı ilkin məlumatlara cavab olaraq yazıb: “Bu rejimin tədbirləri gücləndirdiyi günlərdə İranda bəzi Hüseynçilərin liderlərinin həbsi yanlış bir hərəkətdir və milli maraqlara və rejimə qarşı keçmiş passiv siyasətlərin davam etdirilməsinə ziddir, dəyişdirilməli və islahat edilməlidir”.
Hüseynçilər milis qrupunun yapısı, planları və rəhbərliyi haqqında çox az məlumat var.
Diplomasi irani saytında bu qruplaşma haqqında 2022-ci ildə dərc edilən xəbərdə bildirilir ki, Hüseynçilərin üzvləri Azərbaycanda sekular sistemin devrilməsini və İrandan o qədər də fərqi olmayan “İslam” formasında “Kərimə hökuməti”nin qurulmasını tələb edirlər.
Bu xəbərə görə, “Hüseynçilər” milis qrupunun qurucusu Tövhid İbrahim Bəyli 2015-ci ilin sonlarında Qum və Məşhəddə dini təhsillərini davam etdirən 14 azərbaycanlı tələbəyə hərbi qruplaşma yaratmağı əmr edib və onlar hərbi təlimdən sonra Dəməşqə köçürülüb.
Bu xəbərdə əlavə edilib ki, Tövhid İbrahim Bəyli Suriyada İnqilab Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin keçmiş komandiri Qasım Süleymani ilə görüşüb və bu qruplaşma adını da o qoyub.





