Azərbaycanİran

Həmədanda əxlaq polisinə etiraz edən qadınlar həbs ediliblər

Avqustun 4-də Həmədan şəhərində əxlaq polisi ilə məcburi hicab qaydalarına tabe olmayan gənc qadınlar arasında qarşıdurma olub.

Bu barədə Həmədan Prokurorluğunun 11-ci bölməsinin müstəntiqi Məhəmməd Cəfəri açıqlama verib.

Hadisə şahidlərin sosial medialarda paylaşdıqları məlumatlara görə, qarşıdurma əxlaq polislərinin gənc qadınları geyim tərzlərinə görə təhqir etməsindən sonra baş verib.

Qadınlar polislərin iradlarının yersiz olduğunu deyiblər. Bu səbəbdən polislər onlara qarşı güc tətbiq etməklə həbs etməyə çalışıblar.

Polislər qadınların və ətrafdakıların müqaviməti ilə qarşılaşdığı üçün hadisə yerinə əlavə qüvvələr çağırılıb və qadınlarla birgə bir neçə nəfər saxlanılıb.

Müstəntiq Məhəmməd Cəfəri həbs edilənlərə qarşı cinayət işinin açıldığını və başqa hadisə iştirakçılarının saxlanılması üçün axtarışlar aparıldığını bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button