İran

“Sanksiyaları ləğv etmək üçün strateji fəaliyyət” layihəsi təsdiqlənib

“Təhrimləri ləğv etmək üçün strateji fəaliyyət” tərhinin birinci foriyyəti abanın 12-də məclis tərəfindən təsvib olunub. Bu barədə İran Milli Məclisinin Milli Əmniyyət və Xarici Siyasət Komisionun sözçüsü Əbülfəz Əmuyi məlumat verib. O, bildirib ki, tərhin 1-ci maddəsinə əsasən, İran dövləti uraniumu yüzdə 20 qatılıqda zənginləşdirməlidir. Qatılığı yüzdə 20 olan illik ən az 120 kiloqram zənginləşdirilmiş uranium tolid edilməli, saxlanılması üçün hazırlıq görməlidir. Bu işlər qanun təsvib olunandan sonra iki ay ərzində həll edilməlidir. Komision az qatılıqda zənginləşdirilmiş uranium zəxirəsinin artırılması, yeni nəsil santrifujlardan istifadə ilə bağlı toplantı təşkil edəcək. Toplantıda tərhin başqa maddələri də müzakirə ediləcək. Tərhdə İranın Atom Enerjisi Sazimanına tapşırıq verilib. Bildirilib ki, BƏRCAM-a əsasən, Ərakın Ağırsu 40 meqavatlıq reaktoru yenidən tərrahi və bərqərar edilməlidir. 4 ay ərzində müəyyən proqramla reaktorun özəyi ehya edilərək BƏRCAM-dan öncəki duruma gətirilməlidir. Dövlətə tapşırılıb ki, BƏRCAM-ın 36 və 37-ci bəndlərinə uyğun olaraq qoşma protokolda nəzərdə tutulandan daha çox nəzarətin qarşısı alınmalıdır.
Xatırladaq ki, Beynəlmiləl Atom Ajansının raporunda İranın zənginləşdirilmiş uranium zəxirələrini artırdığı qeyd edilib. Ajans bildirib ki, BƏRCAM-a üzv Avropa ölkələri bu məsələ üzrə nigarandır.
İran rejimi isə BƏRCAM üzrə öldəliklərinə qayıtmağı rədd edib. Təhrimlərin qaldırılması şərti ilə öhdəliklərə qayıdacaqlarını vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button