Fevralın 24-ü gecə saatlarında İran prezidenti İbrahim Rəisi ilə Rusiya Federasiyasının dövlət başçısı Vladimir Putin Arasında telefon danışığı olub.
Telefon danışığı zamanı östüörtülü şəkildə Rusiyanın Ukraynaya hücumuna dəstək verən Rəisi hadisələrin bölgə və xalqların xeyrinə bitəcəyinə umud etdiyini deyib.
“NATO-nun şərqə doğru genişlənməsi gərginlik yaradır və bu müxtəlif bölgələrdə müstəqil dğvlətlərin sabitlik və təhlükəsizliyinə ciddi təhlükə törədir”-deyə, İran prezidenti bildirib.
Vladimir Putin isə Ukraynya hücumu “onilliklər ərzində təhlükəsizlik müqavilələrinin pozulmasına və Qərbin Rusiyanın təhlükəsizliyini pozmaq cəhdlərinə qanuni cavab” adlandırıb.
Qeyd edək ki, son günlər İran Ukraynadakı mövcud vəziyyətə, Rusiyanın bu ölkəyə hücumuna görə ABŞ və NATO-nu günahlandırıb. İran hakimiyyətinin Rusiyanın iddialarını dəstəkləyən mövqeyi sosial mediada geniş mənfi reaksiyalarla qarşılanıb.
Fevralın 24-də İran xarici işlər naziri Hüseyn Əmirabdullahiyan və Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə də Rusiyanın hücumunun məsuliyyətini Amerika və NATO-nun “qıcıqlandırıcı” siyasətləri ilə əlaqələndirib və bunu “gərginlik”, “iğtişaş” kimi qələmə veriblər.
İranın rəsmi və yarım rəsmi mediası Rusiyanın işğalçılıq əməliyyatlarını “xüsusi əməliyyat” kimi yayıb və buna haqq qazandırmağa çalışırlar.
