Dünyaİran

Beynəlxalq Əfv Təşkilatı: “Əfqanistanlı qaçqınlar İranda həbs və işgəncə edilir”

Beynəlxalq Əfv Təşkilatı avqustun 30-da yaydığı hesabatda bildirib ki, İran əfqan qaçqınların zorla Əfqanıstana qaytarmaqla beynəlxalq hüququ pozur.

Beynəlxalq Əfv Təşkilatı öz hesabatında qeyd edib ki, İran əfqan qaçqınları bir çox hallarda qeyri-qanuni yolla Əfqanıstana qaytarıb və bəzi hallarda onları sərhəddən çıxarmaq üçün zorakılıq və odlu silahdan istifadəyə əl atıb.

Əfqanıstanda insan hüquqlarının pozulmasının real təhlükəsinə toxunan bu təşkilat BMT-nin Ali Komissarlığına istinadən, heç bir əfqan qaçqının Əfqanıstana qaytarılmamalı olduğunu vurğulayıb.

“Heç bir ölkə əfqanları İrana zorla qaytarmamalıdır, çünki bu ölkədəki əfqanlar Əfqanıstana qaytarılma riski altındadır”-deyə, Beynəlxalq Əfv Təşkilatının hesabatında bildirilib.

Hesabatda deyilir ki, İran hakimiyyəti hər gün minlərlə əfqanı onları təhdid edən təhlükələri nəzərə almadan zorla Əfqanıstana  qaytarır və hesablamalara görə, bu müddət ərzində İslam Respublikası bu yaxınlarda öz ölkəsini tərk etmiş əfqan ailələrinin 65%-ni Əfqanıstana geri göndərib.

Beynəlxalq Əfv Təşkilatı həmçinin İran hökumətini immiqrasiya işlərinə cavabdeh olan təhlükəsizlik qüvvələrinin işgəncə və digər pis rəftarın qadağan edilməsi ilə bağlı beynəlxalq qanunlara əməl etmələrini təmin etməyə çağırıb.

Qeyd edək ki, son aylar İran hökumətinin əfqanıstanlı qaçqınlara qarşı qeyri-insani davranışlarını əks etdirən çox sayda video və xəbərlər yayılıb.

İran rəsmilərinin bunu təkzib etmələrinə baxmayaraq, qaçqınlara qarşı ədalətsiz və aşağılayıcı hərəkətlər bu ölkə ilə Taliban hakimiyyəti arasında münasibətlərin gərginləşməsinə səbəb olub.

Related Articles

Bir cavab yazın

Back to top button