Cəmiyyətİran

İfşa edilən yeni korrupsiya halı: İrana aid 105 milyon dollar vəsait ölkədən çıxarılıb

Aznews.tv “Radis.org” saytına istinadən xəbər verir ki, bu gün İslam hökümətində külli miqdarda mənimsəmə hallrından birinin üstü açılıb və burada “Banke Melli” bankından oğurlanan vəsaitin məbləği 100 milyon dollardır.

İran hökümətinin dövlət ittihamçısı bildirib: Sanksiyalardan yan keçmək məqsədilə “Banke Melli” tərəfindən ayrılan 105 milyon dollar vəsaiti mənimsəməkdə ittiham olunan şəxslər İsveçrə və Britaniyaya qaçıb.

Hakim Muvəhhid əlavə edib: “Təqsirləndirilən şəxslərdən üçü- Məcid Səadəti, Rəhmətullah Baxtəri və Səmane Həzrəti ölkədən qaçıb və məlumatlara görə, təqsirləndirilənlərdən biri İsveçrədə, daha ikisi isə Londondadır”.

O deyib: “Adıçəkilən üç nəfər “məhkəmə prosesinin getdiyindən” məlumatlıdır və müxtəlif orqanlara və rəsmilərə məktublar göndərirlər”.

Məhkəmənin bugünkü iclasında “Emirald” şirkətinin direktoru Məcid Səadətinin sanksiyalardan yan keçmək prosesində “Parsi Kiş” şirkəti ilə əməkdaşlıq etdiyi bildirilib.

Prokurorluğun yaydığı məlumata görə, Səadəti aylıq 12 min avro əmək haqqı b və Britaniyada yaşayış hüququ əldə etdikdən sonra 2015 (1394)-ci ildə bu ölkədə 6 milyon 650 min funt sterlinq dəyərində mənzil alır və bütün bank sənədlərini də özü ilə aparır.

Hesabatın sonunda deyilir: “Açılan məhkəmə işində 165 milyon dollardan söhbət gedir ki, bunun 105 milyon dolları “Banke Mellət” və 60 milyon dolları isə “Banke Parsiyan”a məxsusdir”.

Aznews.tv

Tags
Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close