İranMədəniyyət və incəsənət

İki Qapılı Sarayın təmirinin birinci mərhələsi tezliklə başa çatacaq

Təbrizin tarixi bazarındakı İki Qapılı Sarayın təmirinin birinci mərhələsi başa çatmaqdadır.

Aznews.tv “Ancümən Azərbaycan”a istinadən xəbər verir ki, Şərqi Azərbaycan Mədəni İrs, Turizm və sənətkarlıq baş müdiri Murtəza Abdar məlumat verib. O bildirib ki, İki Qapılı Sarayın təmirinin birinci mərhələsi bu ilin mehr ayının sonunda başa çatacaq.

“Təbrizdəki İki qapılı saray tarixi bazarının zədələnmiş hissələrinin düzəliş işləri iyunun 3-dən etibarən davam edir. İki Qapılı bazarda baş verən yanğında, orta dalan 50 faizi zərər görmüşdü. Təmir-bərpa işlərində gündəlik, təxminən, 40 nəfər işçi işləməkdədir. İki Qapılı bazarın hazırda 60% -dən çox hissəsi təmir edilib. Əsas hissə ilə əlaqəli düzəliş əməliyyatının birinci mərhələsi bu ilin oktyabrında başa çatacaq. Orta koridor və “Səqət Xana” şöbələrinə aid qalan əməliyyat davam edəcək. Bu tarixi bazarın təmir işləri Təbriz Dünya Bazar paygahı və vilayətin Mədəni İrs Muavinəti nəzarəti altında aparılacaq və lazım olan mali etibarla tamamlanacaq”, – Abdar bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button