Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Dünya

“İl-76 təyyarəsi Xarkov vilayətindən atılan raketlə vurulub”

Rusiya Müdafiə Nazirliyi İl-76 hərbi nəqliyyat təyyarəsinin Ukrayna silahlı qüvvələri tərəfindən Xarkov vilayəti ərazisindən vurulduğunu açıqlayıb.

Rusiya MN-nin məlumatında təyarənin Ukrayna Silahlı Qüvvələrinin Xarkov vilayətinin Liptsi yaşayış məntəqəsində yerləşən zenit-raket sistemindən istifadə edilərək vurulduğu qeyd olunub.

Qeyd edək ki, bu gün Belqorod vilayətinin Koraçansk rayonunda Rusiya Silahlı Qüvvələrinə məxsus İl-76 hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, qəzaya uğrayan hərbi təyyarədə dəyişdirilmək üçün Belqoroda aparılan 65 ukraynalı əsir və daha 9 nəfə olub.

Onların hamısının həlak olduğu bildirilib.

Related Articles

Bir cavab yazın

Back to top button