Cəmiyyətİran

İlamda bir Teleqram kanalın müdiri həbs olundu

Şiraz şəhərində noyabr etiraçılarının həbsi çərçivəsində iki vətəndaş, həmçinin, bir Teleqram kanalının müdiri saxlanılıb. 

Bu barədə İranın təhlükəsizlik qüvvələri məlumat verib.

Fars ostanının təhlükəsizlik komandiri Rəhambəxş Həbibi Şirazda iki nəfərin həbsilə bağlı danışıb:

“Məhkəmə qüvvələrinin və təhlükəsizlik polislərin yardımı ilə ayrı-ayrılıqda apardığımız əməliyyatlarda 23 və 37 yaşlı etirazçı tutulub və qərargaha təhvil verilib. Həbs edilənlər iğtişaş və qarışıqlıq törədən səbəblərdən saxlanılıblar. Onlar inadçılarla əlaqədə olaraq şəkil və video göndəriblər”.

İslam respublikasının rəsmiləri noyabr etirazlarından üç ay keçməsinə baxmayaraq hələ də həbs olunan vətəndaşlardan heç bir xəbər yaymır, onların saxlanma durumundan heç bir açıqlama vermir, bundan əlavə də həbsetmələri də davam edir.

Həbs edilən şəxslər “yalançı paylaşımlar”, “cəmiyyətdə təşviş yaratmaq” ittihamı ilə həbs və məhkəmə qüvvələrinə təhvil verilib.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close