İran

İranda yoxsulluq və əmək təhlükəsizliyinin olmaması işçilərin daimi kabusudur

Qısamüddətli müqavilələr və əmək təhlükəsizliyinin olmaması səbəbindən işçilər özləri və ailələri üçün parlaq gələcək qura bilmirlər.

İslam İnqilabından bəri keçən 43 ildə fəhlələrin həyatı sonsuz əzab və iztirablarla dolu olub. Onlar iş təhlükəsizliyinin olmaması, əmək qanunvericiliyi ilə müdafiə olunmaması, işsizlik qorxusu, mənzil və yaşayış yerlərinin olmaması, yaşayış şəraitinin hər gün biraz daha pisləşməsi və s. kimi problemlərdən əziyyət çəkirlər.

Son bir neçə ildə hökumət və rəsmi şəxslərin işçilərə vəziyyətin yaxşılaşacağına dair dəfələrlə söz verməsinə baxmayaraq, indiyədək onların vəziyyətində müsbət dəyişiklik müşahidə olunmayıb.

Böyük şəhərlərdə yoxsulluq həddi 12-14 milyon arasında qiymətləndirilir. Lakin işçilərin əmək haqqı yoxsulluq həddinin 35 faizinə güclə çatır. Bir çox gündəlik işləyənlərin, səyyar işçilərin və ya yarımştat işləyənlərin maaşları bundan xeyli aşağıdır.

Related Articles

Bir cavab yazın

Back to top button