Dünya

İlham Əliyev: “Azərbaycan ordusu öz torpaqlarında döyüşür”

Septambrın 29-da Almanın baş vəziri Angela Merkellə Azərbaycan cümhurisinin Prezidenti İlham Əliyev arasında telefon danışığı olub.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Angela Merkel Ermənistan-Azərbaycan təmas xəttində silahlı qarşıdurmanın baş verməsi ilə bağlı ölkəsinin narahatlığını ifadə edib və hadisələrin gedişi ilə maraqlanıb.
Dövlət başçısı bildirib ki, septambrın 27-də, səhər saatlarında Ermənistan Azərbaycana qarşı nizami təxribat törədib. Ermənistan ağır topxana qurğularından təmas xətti boyu yerləşən nizami birləşmələrimizi, şəhər və kəndlərimizi atəşə tutması nəticəsində iki gün ərzində nizamilərimiz, 10 yerli şəxs, o cümlədən, iki uşaq həyatını itirib. Habelə 29 yerli şəxs yaralanıb, 150 yaşayış evi dağıdılıb. Azərbaycan tərəfi əks-hücum əməliyyatına başlayıb.
Dövlət başçısı vurğulayıb ki, Ermənistanın nizami təxribatı ilə bağlı hadisələrin gələcək inkişafına görə məsuliyyət Ermənistanın siyasi və nizami rəhbərliyinin üzərinə düşür. Azərbaycan Ordusu öz torpaqlarında vuruşur və Ermənistan ordusu Azərbaycan torpaqlarında olmamalıdır.
Söhbət zamanı atəşkəsin və danışıqlar prosesinin başlanması imkanları barədə müzakirələr aparılıb.

Related Articles

Bir cavab yazın

Back to top button