İran

“SUSMAYACAĞAM, YOLUMU DAVAM ETDIRƏCƏYƏM”

“Xaməneynin istifasini istəmə üzrə 14 qadın fəalının bəyaniyyəsini” imzalayanlardan biri Fatimə Sipehri 9 ay tutuqlu qalaraq 25 ordibehişt tarixində Məşhədin Vəkilabad Zindanından azad olunduğundan neçə saat sonra bir videosunu paylaşıb. “Mən geri oturmayacağam, susmayacağam, yolumu davam etdirəcəyəm”, – deyib.
Fatimə Sipehri, dadqah onun şallaq və həbs hökmünü 5 il müddətinə dondurduqdan sonra azad olunub.
O, özünə və bəyaniyyəni imza edən sairlərinə çıxarılmış hökmləri qanunsuz adlandırıb və azad olunduqdan sonra hökmün dondurulmasına çıxarılmış hökmü də qəbul etmədiyini, amma qazinin, zindan məqamlarının və ailəsinin israr etmələri ilə zindandan çıxdığını bildirib.
Fatimə Sipehri paylaşdığı videosunda deyib ki, “23 ordibehişt tarixində, qanuna zidd olaraq, məni əli-ayağı bağılı şəkildə zindandan Məşhəd dadqahının 149-cu şöbəsinə aparıblar və orada dadsiatnın müavini mənə qarşı üç “müqəddəsata tohin, əkazibi nəşr etmə və ümumi nəzmi pozma” ittihamını oxuyaraq bildirib. Dadqah bitdikdən sonra mənə dedilər ki, şəhid arvadının zindanda qalmasını istəmirik, sizi əfv etmək istəyirik və buna görə də çıxarılmış hökmlərin icrasını 5 il müddətinə dondururuq, amma zindandan çıxandan sonra öz davranışlarında diqqətli ol.”
Sipehri bildirib ki, qəzayi məqamlara və zindanın məsullarına dedim ki, mənə qarşı çıxarılmış hökmləri dondursanız da zindanı tərk etmək istəmirəm”.
Vurğulayaq ki, “Xaməneynin istifasini istəmə üzrə 14 qadın fəallının bəyaniyyəsi” ilə başqa bir bəyaniyyədə çıxarılıb və bu iki bəyaniyyəni imzalayanların 16 nəfəri 98-ci ilin Murdad və Şəhrivər aylarında tutularaq onlara zindan hökmü çıxarılıb.
Bildirək ki, bu iki bəyaniyyəni imzalayanlar özlərini aydın fikirli adlandırsalar da, heç vaxt fars olmayan xalqların hüquqlarını müdafiə etmək üçün heç bir bəyaniyyə imzalamayıblar. Onların siyasi fəaliyyət tarxiçələrində İrana hakim fars hakimiyyəti və sisteminin fars olmayan xalqlara qarşı yürütdüyü siyasətlərinin əleyhinə bəyaniyyələr və etirazlar yoxdur və fars xalqının İranda üstünlüyünü, ağalığını, iqtisadi inkişafını təmin edən İrana hakim şovunist dövlətin sair xalqlara qarşı yürütdüyü iqtisadi, coğrafi, ictimai asimilasion siyasətlərinə qarşı çıxmayıblar və ancaq mollaların əleyhinə mübarizə edirlər. Bunun başlıca səbəbi Fars opozisionunun dünyada əba-əmmamə ilə təmsil olunmamaq istəyindən irəli gəlir və Xaməniyinin istefasını istəmələri də elə həmin hədəflərinə çatmaq üçün mollaların siyasətdən uzaqlaşdırılması niyyəti ilədir.
Əslində aydın fikirli deyilən Sipehri və sair bu kimi fars fəalları dərin şovnist düşüncələrinə malik olan şəxslərdilər.

Related Articles

Bir cavab yazın

Back to top button