Site icon Aznews TV

İlham Əliyev səslərin 92 faizini qazanıb

ANT xəbər verir ki, Məzahir Pənahov bildirib ki, hazırda 125 dairədən 117 dairə, 6537 seçki məntəqəsindən 3561-i hesabat verib.

MSK sədri qeyd edib ki, seçici fəallığı 76,73 faiz olub. MSK-ya 3561 protokol daxil olub və 2 715 667 bülleten sayılıb.

Məzahir Pənahov nəzərə çatdırıb ki, ümumi məntəqələrin 54,47 faizi üzrə səslər sayılıb. Ilkin nəticələrə əsasən, namizədlər aşağıdakı kimi səs toplayıb:

– İlham Əliyev – 92,10 faiz (2 497 542 səs);

– Zahid Oruc – 2,20 faiz;

– Fazil Mustafa – 1,99 faiz;

– Qüdrət Həsənquliyev – 1,78 faiz;

– Razi Nurullayev – 0,79 faiz;

– Elşad Musayev – 0,66 faiz;

– Fuad Əliyev – 0,48 faiz;

Beləliklə, ilkin nəticələrə əsasən, İlham Əliyev etibarlı səslərin 92,10 %-ni toplayaraq qalib gəlib.

Exit mobile version