Dünyaİran

İsveç Həmkarlar İttifaqları Platformasından iranlı məhbuslara dəstək

Aprelin 10-da İsveç həmkarlar ittifaqlarının platforması İranda məhbus etirazçılarla bağlı bəyanat yayıb.

Qurum yaydığı bəyanatda Tehran hökumətinin repressiv siyasəti pisləyib və iranlı müəllim, işçi və tələblərin hərəkatlarını dəstəkləyib.

İsveç Həmkarlar İttifaqları Platforması İranda həbs edilən işçi fəallar, müəllimlər, tələbələr və siyasi baxışlarına görə məhkum edilən bütün məhbusların azadlığa buraxılmalarını tələb edib.

Bəyanat müəllifləri İranın onlarla şəhərində qız məktəblərinə kimyəvi hücumların səbəbkarlarının aşkarlanması və cəzalandırılmalarını da istəyiblər.

Tehran rejiminin iqtisadi, siyasi və ictimai problemləri ört-basdır etmək üçün etirazçı vətəndaş və fəalları saxta ittihamlarla həbs etdiyini bildirən bəyanat müəllifləri rejimin bundan müsbət nəticə ala bilməyəcəyi barədə xəbərdarlıq ediblər.

Related Articles

Bir cavab yazın

Back to top button