İran

Məhəmməd Cavad Zərif: “Talibanla ciddi danışıqlarımız var”

İran Xarici İşlər vəziri Məhəmməd Cavad Zərif Taliban üzvlərinin və liderlərinin İrana səfər etməsini təyid edərək, hökumət məqamlarının onlarla görüşdüklərini bildirib.
“Biz Əfqanıstan dövlətinə Talibanla bütün mübadilə və danışıqlarımız barədə bilgi vermişik. Əfqan dövlətinin köməyə ehtiyacı olduğu bir çox məsələlərdə kömək etmişik. Ancaq onlarla Əfqanıstanın gələcəyinə dair qərər vermək və anlaşma imzalamaq kimi həmkarlığımız olmayıb”, deyə o, qeyd edib.
Məhəmməd Cavad Zərifin sözlərinə görə, İran Talibana silah vermir, Talibanın yaralılarının müalicəsini öz üzərinə götürmür.
“Talibanla ciddi danışıqlarımız var və mən şəxsən Tehranda Molla Bəradərlə görüşmüşəm”, – deyən vəzir heç vaxt Talibanla ilgilərinin olmamasına dair fikir bildirmədiklərini açıqlayıb.

Related Articles

Bir cavab yazın

Back to top button