
İranın Əfqanıstandakı keçmiş səfiri Əbülfəzl Zohrevəndin sözlərinə görə, İran rəsmiləri Pakistan baş nazirinə Səudiyyə Ərəbistanı ilə danışıqlar aparmaq üçün “bir növ siyasi etibarnamə” verib.
Aznews.tv ILNA-ya istinadən xəbər verir ki, o, Pakistanın baş nazirinin səfərinin iki məqsəd daşıdığını bildirib: “İran və Səudiyyə Ərəbistanı arasında vasitəçilik və İranla ABŞ arasında gərginliyi həll etmək və ya azaltmaq istiqamətində fəaliyyət göstərmək”.
İranın Əfqanıstandakı keçmiş səfiri deyib ki, “Ruhaninin açıqlamaları Pakistan baş nazirinin Səudiyyə Ərəbistanına məhsuldar səfəri üçün zəmmin yaradıb. İran prezidenti Pakistanın baş nazirinə problemləri həll etmək üçün bir növ konkret etibarnamə verib”.
İmran Xan ötən gün Tehranda İran Prezidenti Həsən Ruhani və İranın ali dini lideri Əli Xameneyi ilə görüşüb.
İmran Xan Tehranda: Biz regionda artıq müharibə istəmirik
Pakistanın Baş naziri İmran Xan İranın ali rəhbəri Ayətullah Əli Xameneyi ilə görüşüb. O, İrana “xüsusilə ticarət sahəsində vacib tərəfdaş” kimi baxdığını söyləyib. İranla Pakistan arasındakı əlaqələrin ə\həmiyyətini vurğulayan İmran Xan iki ölkəni “qardaş” adlandırıb.
Qeyd edək ki, bundan əvvəl İmran Xan İran prezidenti Həsən Ruhani ilə görüşdükdən sonra iranlı həmkarı ilə birgə mətbuat konfransında İrana səfərinin əsas səbəbinin Pakistanın bölgədə daha bir müharibə istəməməsi olduğunu bildirib.
Ölkəsinin son illərdə terrorla müharibədə çox sayda itki verdiyini söyləyən Xan, Əfqanıstanın hələ də müharibə vəziyyətində olduğunu və bölgədə daha bir müharibə istəmədiklərini qeyd edib.
Onun sözlərinə görə, Pakistan öz təşəbbüsü ilə İranla Səudiyyə Ərəbistanı arasındakı gərginliyi həll etməyə çalışır və Pakistanın İranla Səudiyyə Ərəbistanı arasında vasitəçi deyil, iki ölkənin münasibətlərində asanlaşdırıcı rol oynamaq istədiyini bildirib.
Xan deyib ki, Pakistan İranla Səudiyyə Ərəbistanı arasında sülh yaranmasını istəyir və o, çərşənbə axşamı günü Səudiyyə Ərəbistanına səfəri zamanı bu ölkənin rəsmiləri ilə də danışıqlar aparacaq.
“Səudiyyə Ərəbistanı bizim yaxın dostumuzdur və biz İranla Səudiyyə Ərəbistanı arasında münaqişə yaranmasını istəmirik. Belə bir münaqişə bölgədəki bütün ölkələrə təsir edəcək”,-deyə ssonda Pakistanın baş naziri əlavə edib.
Aznews.tv