DünyaSağlıq & Yaşam

İndonezziyanın bu sektorunda fövqəladə vəziyyət rejimi tətbiq olunacaq

Yeni koronavirusun yayılması ilə əlaqədar olaraq, İndonezziya səhiyyə sektorunda fövqəladə vəziyyət rejimi tətbiq olunacaq.

Aznews.tv xəbər verir ki, bu açıqlama ilə İndoneziya prezidenti Joko Vidodo çıxış edib.

“Sosial sahədə əhəmiyyətli məhdudiyyətlər tətbiq etmək qərarına gəldik. Fövqəladə vəziyyət rejiminin tətbiqi ilə bağlı prezident fərmanı qəbul edildi” – deyə İndoneziya rəhbəri açıqlayıb.

Vidodo, milli polisin məhdudlaşdırıcı tədbirlərə riayət edəcəyini söyləyib, ancaq səlahiyyətinin nədən ibarət olacağı barədə ətraflı məlumat verməyib.

Daha əvvəl bildirilirdi ki, İndoneziya hakimiyyəti yeni bir növ koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə xarici vətəndaşların giriş və çıxışlarına müvəqqəti qadağa qoymuşdur.

Related Articles

Bir cavab yazın

Back to top button