Dünyaİran

İngiltərə və ABŞ Tehranda səfirin saxlanılmasına etiraz edib

İngiltərə Xarici İşlər Naziri Dominik Rab Tehrandakı mitinqlərdə müvəqqəti olaraq səfirinin tutulmasını İran hökuməti tərəfindən beynəlxalq qanun pozuntusu olduğunu söyləyib.

O artırıb ki, İran ya bu yolla iqtisadi və siyasi təklənməyə doğru irəliləməyə davam edər, ya da gərginliyi azaltmaq və diplomatik yollara girmək üçün addımlar ata bilər.

Xatırladaq ki, İngiltərənin İrandakı səfiri Robert Makeyrin şənbə günü Əmir Kəbir Universiteti qarşısında etiraz edənlər arasında olub. ABŞ Xarici İşlər naziri də səfirin saxlanmasına kəskin etirazını bildirib. Departamentinin sözçüsü Morgan Ortegas, tvit ataraq İranın Vyana Konvansiyasını pozduğunu yazıb.

O, İranı səfirin hüquqlarını pozduğuna görə İngiltərədən üzr istəməyə və bütün diplomatların hüquqlarına hörmət etməyə çağırıb.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close