
Həmçinin Xoy şəhərinin əsas yollarının bir hissəsi, köməkçi yolları və yol təsərrüfatı, eləcə də elektrik, rabitə və su şəbəkələri yağış və daşqınlar nəticəsində zədələnib və bu halların araşdırılması və yolların abadlaşdırılması prosesinə başlanılıb.
İlkin hesablamalara görə, zərərin məbləği 200 milyard rialdan(~4 milyon 800 min ABŞ dollar) çoxdur, lakin bu məbləğin artması ehtimalı var.