İranSiyasət

İnterfaks Xəbər Agentliyi: İranın Moskvadakı səfirinin qızı intihar etdi

Aznews.tv “Azadlıq radiosu”na istinadən xəbər verir ki, Rusiyanın İnterfaks xəbər agentliyi oktyabrın 30-da  “məlumatlı mənbəyə” istinadən İranın Rusiyadakı səfirinin qızının intihar etdiyini bildirib.

“İnterfaks” məlumatlı mənbəyə istinadən səfirin qızının çərşənbə axşamı səhər vəfat etdiyini qeyd edərək bildirib ki, o depressiyadan əziyyət çəkirdi.

Eyni zamanda, İslam Respublikasının Moskvadakı səfirliyi öz Telegram kanalında səfir Mehdi Sənayinin 28 yaşlı qızı Arefe Sənayinin öldüyünü təsdiqləyib, lakin ölümünün səbəbini “beyin insultu” yazıb.

Teleqram kanalında yayımlanan mesajdan əvvəl, səfirlik Arefe Sənayinin intihar etməsi xəbərini təkzib etmişdi.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button