İran

Hicaba görə yüzlərlə qadın həbs edilib

Aprelin 14-də Tehran şəhərində məcburi hicab qaydalarını pozduqlarına görə yüzlərlə qadın həbs edilib.

Bu barədə yerli insan haqları müdafiəçiləri məlumat yayıblar.

Bildirilib ki, şəhərin şərq bölgəsində polis qüvvələri və “hicabban”lar (Hicab nəzarətçiləri) bir neçə alış-veriş mərkəzi və ictimai yerlərə hücum ediblər.

Həbs olunanlar arasında 13-14 yaşlı qız uşaqlarının da olduğu, onlara qarşı zorakılıq edildiyi deyilir.

Qeyd edək ki, bir neçə gün əvvəl Tehran polis komandanlığı məcburi hicab qaydaları ilə bağlı xəbərdarlıq etmişdi. Polis komandanlığı bəyanatda təhdidamiz ifadələr işlədərək aprelin 14-dən başlayaraq məcburi hicab qaydalarını pozanlara qarşı sərt tədbirlər görüləcəyini bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button