Site icon Aznews TV

İordaniya İranı Suriya vasitəsilə “Kaptaqon” qaçaqmalçılığını sürətləndirməkdə ittiham edib

İordaniya eyni zamanda, İran hökumətini və onun dəstəklədiyi Livanın Hizbullah qruplaşmasını sözügedən narkotik maddənin Yaxın Şərqə qaçaqmalçılığını intensivləşdirməyə çalışmaqda günahlandırıb.

Birləşmiş Ərəb Əmirliklərinin “National News” xəbər ajansının məlumatına görə, iyunun 13-də ərəb ölkələrinin əmniyət rəsmiləri bildiriblər ki, Suriyada Bəşar Əsədin nəzarətində olan bölgələr “Kaptaqon” adlı narkotik maddənin əsas istehsal mərkəzlərindən sayılır.

Onların dediyinə görə, İran rejiminə və Livan Hizbullahına bağlı narkotik kartelləri “Kaptaqon” maddəsinin əsas istehsalçılarıdır və onlar ildə yüz milyonlarla həb istehsal edərək qaçaqmalçılıq yolu ilə digər ölkələrə daşıyırlar.

Exit mobile version