BölgəDünya

İqtisadi Çatışmazlıq İndeksi: İran 50-ci yerə sahib oldu

Sülh Fondu yeni hesabatında dünyanın müxtəlif ölkələrinin iqtisadi sistemlərinin həssaslığını araşdırıb.

Aznews.tv xəbər verir ki, fondun üç əsas iqtisadi, siyasi və sosial göstəricilərə əsaslanan yeni hesabatında dünyanın 178 ölkəsinin durumu təhlil edilib.

İran builki reytinqdə 83 xal ilə Filippin və Misir kimi ölkələri qabaqlayır, Kamboca və Qvatemala kimi ölkələrdən isə daha aşağı, 52-ci yerdə qərarlaşıb.

İran Türkiyə (59) və Banqladeş (87) kimi digər ölkələrin də adlarının daxil olduğu ən yüksək xəbərdarlıq statusuna sahib ölkələr sırasındadır.

Builki reytinqdə Yəmən 113.5 xal toplayaraq 2019-cu ilin ən kövrək ölkəsi oldu. Ardınca Somali, Cənubi Sudan, Suriya, Konqo, Mərkəzi Afrika Respublikası, Çad, Sudan, Əfqanıstan və Zimbabve gəlir.

Finlandiya isə 16.9 xal ilə ən sabit ölkə olaraq qiymətləndirilib və 178-ci yerdə qərarlaşıb. Ardınca Norveç, İsveçrə, Danimarka, Avstraliya, İslandiya, Kanada, Yeni Zelandiya, İsveç və Lüksemburq gəlir.

Reytinqdə Almaniya 167-cı, Hollandiya 166-cı, Avstriya 165, Sinqapur 162, Fransa 160, Yaponiya 157, İngiltərə 155, Amerika 153, BƏƏ 149, Səudiyyə Ərəbistanı 93-cü yerdə qərarlaşaraq güclü ölkələr siyahısında yer alıblar.
Qeyd edək ki, İqtisadi indekslərə ÜDM, işsizlik, inflyasiya, məhsuldarlıq, borc səviyyəsi, yeni müəssisələrin müvəffəqiyyət dərəcəsi, daxili və xarici ticarətin həcmi, iqtisadi sərtlik və sinif bölmələri daxildir.

Daha çox göstər

Əlaqədar məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button