İran

Urmunun avtobus sürücülərinin problemlərinə baxılacaq

Batı Azərbaycanın Baş Dadqüstərisinin rəisi Nasir Ətəbati, Urmu şəhəri Otobus Sahibləri Taavüni Şirkətinin müşkülləri və məsələlərinə baxış cələsəsində vurğulayıb ki, “Əyalətin Dadqüstərisi otubus sahiblərinin müşküllərinə baxacaq. Müşküllər qanun-qaydalara uzlaşmayan duyğusal işlər görməklə deyil birlikdə həmkarlıqla həll oluna bilər. Biz iş yerlərinin və əhalinin qaydalara əməl etmələrini umuruq. Ölkənin seçkilərə yaxın durumda olduğu bir halda camiənin rəvani düşüncəsini pozan hər hansı bir hərəkət qəbul olunası deyil, müşkülləri çiyin-çiyinə həll etməliyik. Hamı qanun qarşısında eynidir. Məsullar iş yerlərinin və otobus sahiblərinin ən kiçik haqlarını belə pozmamalıdır. Biz harda qanun pozuntusu görsək qanunla davranacayıq.”Qeyd edək ki Bu Urmuda Şirkət vahid adlanan şəhər nəqliyyat idarəsinin sürücülərinin 3-cü dəfə olaraq etirazlrından irəli gələn və həll olunmayan məsələlərdəndir.

Related Articles

Bir cavab yazın

Back to top button