Cəmiyyət

Tohid Əmir Əminin həbs cəzasının müddəti azaldılıb

Mədəni fəal Tohid Əmir Əmininin həbs müddəti azaldılıb. Belə ki, fəalın 7 il 6 aylıq həbs müddəti 2 il 6 ay endirilib. Məlumata görə, fəal Evin Zindanının 4-cü Əndərzqahında saxlanılır və həbsinin azaldılması “1999-cu il tarixində təsvib edilmiş Təziri Həbs Cəzlarının Azaldılması Qanuna” əsasən müəyyənləşdirilib.
Həbs müddətinin azaldılması iblağiyyəsinə əsasən, onun həbs müddəti 5 ilə endirilib və bu günə kimi onun həbs cəzasından 21 ay ötüb.
Həbs Müddətlərinin Üçdə Birini Çəkmiş Zindanilərə Mürəxəsi Verilməsi Bəxşnaməsinə baxmayaraq, Tohid Əmir Əminiyə mürəxəsi verilməyib.
Qeyd edək ki, Tohid Əmir Əmini və Kianuş Aslani Qocabəyli Dünya Ana dili Günü münasibəti ilə posterlər payladıqlarına görə, 1397-ci il isfəndin 1-i Tehranın İnqilab Meydanında İttilaat məmurları tərəfindən tutuqlanıblar. Onlar Evin Zindanında müvəqqəti saxlanılma və tutuqlanma müddətini keçirdikdən sonra qazı Əfşarın hakimliyi ilə Tehranın İnqilab Məhkəməsinin 26-cı Şöbəsi tərəfindən mühakimə olunublar. Bildirək ki, fəallara qarşı “Milli əmniyyəti pozmaq üçün toplaşma və işbirliyi” və “nizama qarşı təbliğ fəaliyyəti” ittihamları irəli sürülüb.

Related Articles

Bir cavab yazın

Back to top button