Site icon Aznews TV

İradan İsveçə ultimatum: Həmid Nurini təcili azad edin!

“Həmid Nuri tamamilə əsassız ittihamlarla həbsdə saxlanılır və iki ölkə arasındakı əlaqələrin təsir altına düşməməsi üçün o təcili olaraq azad edilməlidir”,- Abdullahian iddia edib.

İsveçin xarici işlər naziri Ann Linde isə bildirib ki, İsveç hökuməti və bu ölkənin məhkəmə sistemi mühakimə prosesini nəzarətdə saxlayır.

Abdullahian telefon danışığından sonra Həmid Nurinin oğlu ilə görüşdə deyib ki, onun azadlığı üçün bütün səylər göstərilir. Onun iddiasına görə, Nurinin həbsi qanunsuz və qeyri-ədalətlidir.

Qeyd edək ki, İranda keçmiş prokuror köməkçisi olmuş Həmid Nuri 2019-cu ildə İsveç polisi tərəfində həbs edilib. 1988-ci ilin iyul-sentyabr aylarında İran zindanlarında minlərlə siyasi məhbus edam edilib. İran İslam İnqilabının banisi Ruhullah Xomeyninin birbaşa tapşırığı ilə bir neçə dəqiqəlik mühakimədən sonra icra olunan edam hökmləri barədə rəy verən və “ölüm heyəti” kimi tanınan 7 nəfərdən biri də İranın hazırkı prezidenti İbrahim Rəisi olub.

Exit mobile version