Site icon Aznews TV

İran ABŞ-dən 313 milyon dollar istəyir

Tehran məhkəməsinin qərarına əsasən, ABŞ terror hücumları nəticəsində ölənlərin ailə üzvlərinə ümumilikdə 9 milyon 950 min dollar verməlidir. Vaşinqton İran dövlətinə mənəvi zərərə görə 104 milyon dollar, maddi zərərə görə 199 milyon dollar təzminat ödəməlidir.

Qeyd edək ki, 2017-ci il iyunun 7-də İranda inqilabın lideri Ayətullah Xomeyninin məqbərəsinə və parlamentə silahlı və bombalı hücumlar nəticəsində 12 nəfər ölüb, 43 nəfər yaralanıb. Bu hadisəyə görə İŞİD terror qrupu məsuliyyəti öz üzərinə götürüb.

Exit mobile version