
Bunu İranın Atom Enerjisi Təşkilatının nümayəndəsi Behruz Kamalvəndi deyib.
“İranın ABŞ-nin yazılı təklifinə cavabı demək olar, hazırdır və yaxın günlərdə təqdim olunacaq”, – o deyib.
İyunun 1-də Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib ki, ABŞ Prezidentinin elçisi Stiven Uitkoff İran hakimiyyətinə Tehranın nüvə proqramı ilə bağlı “ətraflı və məqbul təklif” göndərib.
“Axios” portalının məlumatına görə, təklif İranın daha sonra müəyyən olunacaq müddət ərzində uranı aşağı səviyyəyə qədər zənginləşdirməyə davam edə biləcəyini nəzərdə tutur.
İyunun 7-də isə ABŞ Prezidenti Donald Tramp İranın uranı zənginləşdirməməli olduğunu, əks təqdirdə Tehranın ağır nəticələrlə üzləşəcəyini deyib.