İranSiyasət

İran “Adrian Darya-1” tankerinin neftini bir Livan şirkətinə satıb

Aznews.tv “Peyke İran” saytına istinadən xəbər verir ki, “İran İnternational” saytının məlumatına görə, “Adrian Darya-1” tankerinin iranlı sahibi bu gəminin neftini bir Livan şirkətinə satıb.
Məlumata əsasən, Tehran bu yükü Livan şirkətinə bazar qiymətindən xeyli aşağı qiymətə təklif edib.
Məlumatlı bir mənbə “İran İnternational”a bildirib ki, sövdələşməni Livanda yaşayan və Suriya Prezidenti Bəşər Əsədə yaxın şəxslərdən sayılan suriyalı iş adamı Samer Fayez həyata keçirib.
Livan hökuməti daha əvvəl “Adrian Darya-1” tankerinin Livanda yan alması ilə bağlı yayılan xəbərləri rədd etmişdi.
Livanın maliyyə naziri Əli Həsən Xəlil cümə günü deyib: “Bizim Adrian Darya-1 tankerinin [bura doğru] hərəkəti ilə bağlı məlumat yoxdur”.
Eyni zamanda, ABŞ dövlət katibi Mayk Pompeo cümə günü Twitterdə yazıb: “Biz İranın Adrian Darya -1 tankerinin Suriyanın qərbindəki Tartus limanı istiqamətində hərəkət etməsi ilə bağlı dəqiq məlumata sahibik.”
Pompeo Twitter mesajında daha əvvəl Panama bayrağı altında və Grace-1 adı ilə üzən tankerin İnqilab Keşikçiləri Korpusuna aid olduğunu deyib.
Dövlət katibinin açıqlamasından bir neçə saat əvvəl, ABŞ Maliyyə Nazirliyinin Aktivlərin İdarəedilməsi Departamenti sözügüdən tanker və kapitanını sanksiyalar siyahısına salıb.

 

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button