Site icon Aznews TV

İran AES-lərin istismarı təcrübəsini Türkiyə ilə bölüşməyə hazır olduğunu açıqlayıb

Aznewstv xəbər verir ki, bu barədə İranın vitse-prezidenti, İran Atom Enerjisi Təşkilatının (İAET) rəhbəri Məhəmməd İslami bildirib. “AES-lərin tikintisi və istismarı sahəsində təcrübəmizi nəzərə alaraq, indi nüvə mütəxəssislərinin hazırlanmasında Türkiyə ilə əməkdaşlığa hazırıq və İAET-yə daxil olan şirkətlərin bu cür elektrik stansiyalarının istismarı, onlara texniki xidməti və onların təmiri sahəsində təcrübəsini Türkiyə ilə bölüşə bilərik”, – M.İslami Türkiyənin İrandakı səfiri Hicabi Kırlanqıç ilə görüşdə deyib. O bildirib ki, düşmənlər iki ölkə arasındakı əlaqələrə xələl gətirməyə çalışırlar və bunun qarşısını almaq üçün müxtəlif sahələrdə əməkdaşlığı genişləndirmək lazımdır.

Exit mobile version