Site icon Aznews TV

İran Ali Milli Təhlükəsizlik Şurası səfrliyə hücumun şəxsi zəmində olduunu iddia edib

İran Ali Milli Təhlükəsizlik Şurasına yaxın media orqanı “Nur News” tvitter səhifəsində hücumla bağlı paylaşım edib.

“Bütün dəlillərin hücumçunun niyyətinin şəxsi olduğunu göstərən AzərbaycanınTehrandakı səfirliyinə edilən hücumla bağlı xoşagəlməz hadisə, tələsik mühakimələrlə iki ölkə arasında münasibətlərə xələl gətirməməlidir. 2016-cı ilin dekabrında Rusiyanın İstanbuldakı səfiri Türkiyə təhlükəsizlik məmuru tərəfindən kameralar qarşısında qətlə yetirildi, hansı mövqelər var idi və nəticə necə oldu?”, -deyə, tvitter pasəhifəsində yazlıb.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.

Exit mobile version