Dünyaİran

“İran bütünlüklə məsuliyyət daşıyır”

İran Ukrayna təyyarəsinə görə bütünlüklə məsuliyyət daşıyır.

Bu sözləri Tehranda vurulan Ukrayn təyyarəsi ilə bağlı araşdırmalarda iştirak edən beş ölkənin Xarici İşlər nazirləri deyib.

Nazirlərin sözlərinə görə, hadisədə İran bütün məsuliyəti öz üzərinə götürməli və hadisənin səbəbini aydınlaşdırmaq üçün beynəlxalq mütəxəssislərlə əməkdaşlıq etməlidir.

Xatırladaq ki, İran üç günlük inkardan sonra SEPAH-ın raket mdafiə sistemi ilə sərnişin təyyarəsinə zərbə endirdiyini etiraf edib. Hadisə nəticəsində həm ikili vətəndaşlığı olanlar, həm də xarici vətəndaşlar həyatlarını itiriblər.

Ukrayna Hava Yolları şirkətinin 752 saylı uçuşu ilə uçan təyyarədəki 146 İran vətəndaşı və əsasən ikili vətəndaşlığı olan 61 Kanada vətəndaşı, 11 Ukrayn vətəndaşı, bir neçə Əfqanıstan, İsveç və Britaniya vətəndaşları həlak olublar.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close