DünyaİranSiyasət

İran da ABŞ seçkilərinə müdaxilədə ittiham olundu

Aznews.tv “Deutche Whelle” saytına istinadən xəbər verir ki, ABŞ-ın təhlükəsizlik orqanları Rusiya, Çin, İran və digər “xarici qərəzli aktyorları” prezident seçkilərinə müdaxilə etməkdə və ya xalqının səslərinə təsir göstərməkdə ittiham edib. Xəbərdarlıq seçkilərdən bir il əvvəl verilib.

ABŞ-da prezident seçkilərinə təxminən bir il qalmış təhlükəsizlik orqanları “xarici agentlərin” seçkilərə yenidən müdaxilələri barədə xəbərdarlıq edib.

ABŞ-ın yeddi böyük təhlükəsizlik orqanının rəhbərləri noyabrın 5-də açıqlama yayaraq bildirib: “Düşmənlərimiz demokratik mexanizmlərimizi sarsıtmaq, ümumi vəziyyəti dəyişmək və hökumətin siyasətinə təsir göstərmək istəyir”.

Bəyanatı ölkənin Müdafiə, Ədliyyə, Daxili Təhlükəsizlik Nazirliklərinin və milli kəşfiyyat, Federal Polis (FBI), Milli Təhlükəsizlik Agentliyi və ABŞ Kiber Təhlükəsizlik Bürosu orqanlarının rəhbərləri imzalayıb.

Təhlükəsizlik qurumları Rusiya, Çin, İran və digər “qərəzli xarici aktyorların” seçki prosesinə müdaxilə etməyə və insanların səslərinə təsir göstərməyə çalışacaqları barədə xəbərdarlıq edib.

Bəyanatı imzalayanlar sosial şəbəkələrin istifadəsini, təhrif olunmuş məlumatların və saxta xəbərlərin yayılmasını və seçki infrastrukturuna kiberhücumları ABŞ seçkilərinin nəticələrini dəyişdirmək üçün istifadə edilə bilən metodlar kimi müəyyənləşdiriblər.

 

Aznews.tv

Tags
Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close