İran

BMT-də İranla nüvə anlaşması müzakirə ediləcək

BMT Təhlükəsizlik Şurası İranın nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planı ətrafında vəziyyətlə bağlı toplantı keçirəcək.

Bunu CAR-ın dünya təşkilatındakı daimi nümayəndəsi Ceri Mettyus Matjila deyib.

Onun sözlərinə görə, toplantı 22 dekabr tarixində baş tutacaq.

Qeyd edək ki, İran nüvə məsələsi üzrə danışıqlar zamanı əldə edilmiş razılıqda nəzərdə tutulan radioaktiv maddə ehtiyatını artırmaqda davam edir. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) üzvlərinin yaydığı sənəddə bildirilib ki, noyabrın 2-dək olan məlumata əsasən, İranda nüvə yanacağı ehtiyatı 2 400 kq-dan artıqdır.

2015-ci ilin yayında “altılıq” ölkələri ilə əldə edilən razılaşmaya görə, İslam Respublikası 200 kq səviyyəsində radioaktiv maddə əldə edə bilər

Related Articles

Bir cavab yazın

Back to top button