Onun sözlərinə görə, ötən 2 ildə yaranmış inflyasiya dalğası nəticəsində, hətta orta təbəqə də yoxsullaşıb:
“2021-ci ildən öncə dövlət müəyyən etmişdi ki, 60 milyon nəfər dövlət yardımı almalıdır. Bu isə belə anlama gəlir ki, İranın 84 milyon əhalisinin 60 milyonu yoxsuldur.
Arxayınlıqla demək olar ki, ötən 2 ildə yaranmış inflyasiya dalğası ərzində cəmiyyətin də sayı artıb. Orta təbəqə yaşam tərzlərini dəyişib.
Xərclərini o qədər endirmyə məcbur olublar ki, artıq onlar yoxsulluq xəttindən aşağıda qərarlaşıblar.
Bu, ölkə siyasətini müəyyən edənlərin diqqət ayırmalı olduqları önəmli məsələdir”.