Site icon Aznews TV

İran gizli atom təsisatlarında tapılan uranı rusların işi adlandırıb

O iddia edib ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (İAEA) Amerika, bəzi Qərb ölkələri və İsrailin təzyiqi ilə bunu mühüm məsələ kimi qələmə verir.

Qəribabadi bildirib ki, həmin məkanlardan biri İsfahanın poladəritmə zavodudur və o zavodda inqilabdan əvvəl nüvə silahına malik ölkələrdən biri fəaliyyət göstərib.

Ölkəsinin bu yöndə İAEA-ə lazım olan məlumatları təqdim etdiyini deyən iranlı rəsmi qurumun bunu qəbul etməməsini “siyasi sifariş”lərlə əlaqələndirib.

Qeyd etmək lazımdır ki, İsfahan poladəritmə zavodunu inqilabdan qabaq Sovet hökuməti tikib.

Exit mobile version