DünyaİranSiyasət

İran “Grace-1”-in sərbəst buraxılmasını tələb edib və neft ixrac etmək üçün səylərini davam etdirdiyini vurğulayıb

Aznews.tv “BBC”yə istinadən xəbər verir ki, Britaniyanın “Grace-1” neft tankerinin daşıdığı məhsulun Suriyaya göndərilməməsini  İran qarşısında ilkin şərt kimi tələb etməsinə cavab olaraq, İslam Respublikası öz neftini ixrac etməyə davam etdiyini vurğulayıb. İranın Londondakı səfiri də Britaniyanı sözügedən neft tankerini sərbəst buraxmadığı təqdirdə, “atdığı addımın cavabsız qalmayacağı” ilə təhdid edib”!.

İRNA-nın İranın Xarici İlər Nazirliyindəki mənbələrə istinadən verdiyi məlumata görə, xarici işlər naziri Cavad Zərif britaniyalı həmkarı Ceremi Hantla telefon danışığında İranın öz neftini ixrac etmək hüququnun olduğu vurğulayıb. Ötən gün yayılan xəbərlərə görə, Hant İrandan “Grace-1” gəmisinin Suriyaya getməyəcəyi ilə bağlı təminat aldığı təqdirdə həmin neft tankerinin sərbəst buraxılacağını təklif etmişdi.

İran Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, Zərif “bölgədə gərginliyin artması ilə bağlı narahatlığını dilə gətirərərk, Cəbəlüttariqdə hüquqi və məhkəmə araşdırmalarının nəticələrinin İran “Grace-1” neft tankerinin ən qısa zamanda sərbəst buraxılmasına səbəb olacağına ümid edib”.  Məlumatda İslam Respublikasının Hantın zəmanət tələbinə reaksiya barədə şərh verilməyib.

 

 

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button