İran

Dörd bəhai ağır həbs cəzasına məhkum edilib

Tehranın İnqilab Məhkəməsinin 36-cı bölməsi 4 bəhainin hər birinə qarşı 5 illik həbs cəzası barədə qərar çıxarıb.

Ailələrinin verdikləri məlumatlara əsasən, Şadi Şəhidzadə, Mənsur Əmini, Vəliullah Qədəmiyan və Ətaullah Zəfər adlı şəxslər “ölkənin təhlükəsizliyinə xələl gətirmək üçün qanunsuz təşkilatlara üzv olmaq”da günahlandırılıblar.

Qeyd edək ki, rəsmi statistikaya görə, hazırda İranda 350 mindən çox bəhai yaşasa da, İran İslam Respublikasının Ana Yasası bəhai dinini müstəqil bir din kimi tanımır. İran Mədəni İnqilab Ali Şurasının qərarına əsasən, islamın bəhai təriqətinə mənsub vətəndaşlar İranda vətəndaşlıq hüququ olmayan insanlar sayılırlar.

#İran #bahai

Related Articles

Bir cavab yazın

Back to top button